Xəzərdə batan 3 nəfərdən 2-nin meyiti tapıldı

Xəzərdə 3 nəfər batıb.

Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə 3 nəfərin batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Artıq Bakı şəhərinin Sabunçu rayonunda dənizdə iki naməlum kişi meyiti tapılıb. Ən yaxın xilasetmə məntəqəsindən təxminən 1-1,5 km aralı, nəzarətsiz ərazidə çimərkən batdığı bildirilən 3 nəfərin axtarışları ilə əlaqədar aparılan əməliyyat nəticəsində təxminən 20-25 yaşlarında iki naməlum kişi meyiti aşkarlanıb.

Meyitlər sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Şəxsiyyətləri dəqiqləşdirilir. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən axtarış tədbirləri davam etdirilir.