Xəzərdə bir nəfər boğularaq öldü

Bu gün Xəzər dənizinin Sumqayıt sahilində bir nəfər çimərkən boğulub.

Yenicag.az xəbər verir ki, axtarışlar nəticəsində həmin şəxsin cansız bədəni tapılaraq sudan çıxarılıb.

Batan şəxsin 1986-cı il təvəllüdlü Əmiraslanov Ruslan Duman oğlu olduğu müəyyən olunub.

Meyit aidiyyatı üzrə təhvil verilib.