!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəzərdə daha bir neftçinin meyiti tapılıb

!Reklam – Yazi

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Bu barədə Qərargahdan bildirilib.

Qeyd olunub ki, keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində martın 4-də meyiti aşkarlanan şəxsin «Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində “avadanlığın təmiri və xidməti üzrə mexanik” vəzifəsində çalışmış 1957-ci il təvəllüdlü Həsənov Elçin Yaqub oğluna məxsus olduğu müəyyən edilib.

Yeniçağ.az

www.yenicag.az

631
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv