Xəzərdə daha bir zəlzələ

Bu gün Xəzər dənizində iki dəfə zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, yeraltı təkan ilkin məlumatlara əsasən 09:33-də Xəzər dənizində qeydə alınıb.

3.5 ballıq yeraltı təkanların dərinliyi 8 km olub.

Qeyd edək ki, bu, dənizdə gün ərzində baş verən 2-ci zəlzələdir. Daha əvvəl 07:06-da Xəzər dənizində daha bir zəlzələ qeydə alınıb.

COP29