Xəzərdə dalğaların hündürlüyü 7,5 metrdən yüksəyə qalxdı – YENİLƏNDİ

Güclü külək ilə əlaqədar dənizdə dalğanın hündürlüyü 7,5 metrə catır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, saat 20:00-a olan məlumata əsasən,Bakıda və Abşeron yarımadasında güclü şimal-gərb küləyi əsir, Sumgayıtda 22 м/s, Maştağada 38 m/s, Qum adasında 33m/s, Cilov adasında 24 m/s, Neft daşlarında 26 m/s-dək güclənib.

Azərbaycanın rayonlarında küləyin sürəti, Neftçalada 33 m/s-dək güclənib.

***21:05

Dənizdə dalğanın hündürlüyü 6,5 metrdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a daxil olan məlumata görə, bu gün səhər saatlarından başlayaraq Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir.

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 35-40m/s, Qum adasında 34 m/s, Maştağada 35 m/s, Pirallahıda 24 m/s, Cilov adası, Binə və Ələtdə 28 m/s, Zabratda 22 m/s, Neft daşlarında 27 m/s-dək güclənib.

Azərbaycanın rayonlarında isə qərb küləyi Naftalanda 34 m/s, Tərtərdə 32 m/s, Neftçalada 30 m/s, Bərdə, Zərdab, Tovuzda 22 m/s, Yevlax, Nabran, Cəncədə 20 m/s, Mingəçevirdə 19 m/s, Ağdam, Ağstafa, Xaçmazda 18 m/s-ə çatıb.

COP29