!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəzərdə fırtına- Gəmilər sığınacaqlara göndərilib

!Reklam – Yazi

denizAbşeron yarımadasında müşahidə olunan güclü küləklə əlaqədar Xəzər Dəniz Gəmiçiliyində bərə səfərləri dayandırılıb.

Bu barədə Yenicag.az “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətinə istinadən məlumat verir.

Xəzər dənizində gecədən davam edən fırtına səbəbindən hərəkətdə olan, yüklənmiş gəmilər Xəzərin müxtəlif ada və limanlarında sığınacaqlarda lövbərdə duraraq hava şəraitinin yaxşılaşmasını gözləyirlər.

QSC-dən verilən məlumata görə, fırtına hələ ki, Xəzərin Cənub-Şərq hissəsinə çatmadığına görə,buradakı gəmilər hərəkətinə davam edir. Bu axşamdan isə hava şəraitinin həmin ərazidə də pisləçəcəyi proqnoz edildiyi üçün onlar da sığınacaqlara yönləndiriləcək.

Hava şəraitinin pisləşməsi ilə bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC “Abşeron”, “Günəşli-Neft Daşları”, “Bakı” buxtası o cümlədən Ələt-Səngəçal-Qaradağ ərazisi üzrə baş verəcək istənilən hadisə ilə bağlı operativ və təxirə salınmaz tədbirlər görmək məqsədi ilə növbətçi gəmilər təyin edib.

Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gürşad Məmmədovanın AzNews.az-a verdiyi məlumata görə, mövcud hava şəraiti bu gün və sabah gün ərzində davam edəcək. Dekabrın 15-i günorta saatlarından etibarən külək tədricən mülayimləşəcək.

Hava şəraitində gözlənilən dəyişikliklə bağlı xəbərdarlıq hazırlanıb və bu xəbərdarlıq aidiyyatı qurumlara, dövlət qurumlarına, KİV-lərə çatdırılıb.

Yenicag.az

www.yenicag.az

924
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv