!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəzərdə gəmi səfərləri dayandırıldı - TƏHLÜKƏLİ QASIRĞA

!Reklam – Yazi

Martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyi əsəcəyi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata müvafiq olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC baş verə biləcək hadisələrin qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlər görüb.

Yenicag.az xəbər verir ki, təhlükəsizliyin təmin olunması üçün hazırda səfərdə olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus gəmilər səfərlərini müvəqqəti dayandırıblar. Onlar sığınacaqlarda lövbərdə gözləmə mövqeyindədirlər.

Hava şəraiti düzəldikdən sonra gəmilərin hərəkəti bərpa olunacaq.

www.yenicag.az

2900
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv