Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakı və Abşeron yarımadasındakı güclü küləklə əlaqədar Xəzər dənizindəki obyektlərdən 700-ə yaxın işçini təxliyə edib.
Bu barədə Yenicag.az-a şirkətdən məlumat veriblər.
Məlumata əsasən, dənizdə təhlükəsizlik məqsədləri ilə əlaqədar açıq havada işlər dayandırılıb.
Qeyd edək ki, bu gün Abşeron yarımadasında küləyin sürəti saniyədə 23-28, bəzən 30-35 metrədək çatır.