Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Xəzərdə itkin düşən balıqçılar 5 gündür ki, tapılmır

106123_res_01Azərbaycanda 4 balıqçı Xəzərdə itkin düşüb.

T.Əliyevin sözlərinə görə, Neftçala rayonu, Qoltuq kəndinin 4 sakini avqust ayının 10-dan itkin düşüblər: “Onlardan biri də xalam oğludur. Həmin şəxslər bunlardır:

Ağalarzadə Şahin Mazan oğlu, 1970-ci il təvəllüdlü

Abbasov Sahib Qarakişi oğlu, 1986-cı il təvəllüdlü

Eynullayev Əliş Ulduz oğlu, 1985-ci il təvəllüdlü

Xəlilov Nəcəf Rafil oğlu, 1966-cı il təvəllüdlü”.

T.Əliyevin sözlərinə görə, adıçəkilən şəxslər 5 gün əvvəl qanuni sənədləri olan balıqçı qayığında Bakı şəhəri Pirallahı adasından balıq ovlamaq üçün Xəzərə çıxıblar. Elə o vaxtdan da onlardan bir xəbər yoxdur: “Avqustun 13-də Şahinin, avqustun 14-də isə Nəcəfin həyat yoldaşlarının mobil telefonlarına gizli nömrələrdən zənglər gəlsə də xətdəki xışıltıdan danışmaq mümkün olmayıb, əlaqə kəsilib. İtkin düşmüş balıqçıların yaxınları iki gün sonra – avqustun 12-də FHN-ə müraciət ediblər. Nazirlikdən onlara bildirilib ki, Xəzərdə itkin düşmüş balıqçıların tapılması üçün havadan və dənizdən axtarışlar başlanılıb”.(virtualaz.org)

www.yenicag.az

108