Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Xəzərdə nə qədər suiti var? - Sayı açıqlandı

Hazırda Xəzərdə 110 mindən çox suiti var.

Yenicag.az xəbər verie ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib.

M.Axundovun sözlərinə görə, hazırda Xəzərdə olan suitilərin köç mövsümü başlayıb, şimala doğru miqrasiya edirlər. Köç mövsümündə isə heyvanların ölüm halı əvvəlki dövrlərdən daha çox olur.

“Qış ayları bu canlılarda nəsilartırma mövsümü olduğu üçün Xəzərdə olan suitilər indidən şimala doğru köç edirlər. Dekabr-yanvar aylarında Xəzərin şimal sahillərində buzların üzərində heyvanların balalama dövrü başlayır. Miqrasiya dövründə yaşlı heyvanlar arasında saatlarla üzməyə tab gətirməyib ölənləri də olur. Dəniz axını onları Xəzərin qərb sahillərinə gətirib çıxarır. Bəzi hallarda Mərdəkan, Bilgəh sahillərində onların cəsədlərini görə bilirik”.

Mütəxəssis bildirib ki, Xəzərdə olan suitiləri digərlərindən fərqlənir, belə ki, onlar endemik növdür və ancaq bu dənizdə yaşaya bilirlər:

“Səbəb isə odur ki, başqa yerlərdə suyun duzluluq səviyyəsi 30-40 promil (bir litr suda olan duzun kütləsi), Xəzərdə isə 12-13 promildir. Xəzər suitiləri yuxarı duzluluğa tab gətirə bilməz. Saya gəldikdə isə, Rusiya tərəfinin araşdırmalarına görə, hazırda Xəzərdə 300 min baş suiti var. Ancaq Böyük Britaniya tədqiqatçıları bildirirlər ki, burada 110 min suiti var. Biz britaniyalı araşdırmaçılarla razılaşırıq”.

Direktor onu da əlavə edib ki, Azərbaycan 1954-cü ildən suitilərin ovunu dayandırıb, Rusiya və Qazaxıstanda isə bu heyvanların ovlanmasına kvota tətbiq olunub.

www.yenicag.az

14001
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100