Xəzər dənizində bədbəxt hadisə baş verib.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus qayıq aşıb.
Nəticədə qayıqda olan şəxslərdən biri dənizdə boğulub.
Həmin şəxsin SOCAR-ın podratçı təşkilatı Abşeron Qazma İdarəsinin əməkdaşı olduğu bildirilir. Hazırda onun axtarışları davam etdirilir.