Xəzərdə qadağan olunmuş vaxtda çimən şəxs boğuldu

Xəzərdə batan şəxsin cəsədi sudan çıxarılıb.

Yenicag.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə (qadağan olunmuş vaxtda çimərkən) 1 nəfərin batması barədə məlumat daxil olub.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. 1985-ci il təvəllüdlü Əliyev Murad Rəfayıl oğlunun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.