!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəzərdə qayıq aşdı, balıqçılar itkin düşdü

!Reklam – Yazi

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün səhər saatlarında Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxımış Hüseynzadə Fikrət Hikmət oğlu və Qurbanov Sehran Gülbala oğlu geri qayıtmayıblar.

Yenicag.az FHN-ə istinadən xəbər verir ki, onların olduğu qayıq çevrilmiş vəziyyətdə dənizdə aşkarlanaraq sahilə çıxarılıb.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xəzər Hövzə Qəza-xilasetmə Xidməti və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

www.yenicag.az

2976
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv