Xəzərdə səhhəti pisləşən İran və Rusiya dənizçilərinə yardım göstərildi

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Xəzər dənizinə çıxan üzmə va­si­tələrinə nəzarətin təşkili və xilasetmə təd­­birlərinin həyata keçirilməsi tədbirləri davam etdirilir.

DSX-dən Yenicag.az-a verilən məlumata görə, 01 dekabr 2019-cu il tarixində saat 17:50 radələrində İran İslam Res­­publikasına məxsus Hövsan rey­din­də olan “Paya” quru yük gəmisinin 4 nəfər heyət üzvü – İİR vətəndaşları 1976-cı il təvəllüdlü Ab­ditazehabadi Omid Hossein, 1991-ci il təvəllüdlü Darzırekavandı Reza Soleyman, 1987-ci il təvəllüdlü Mosleh Vahid Ghafar, 1991-ci il təvəl­lüdlü Zarın Abkenar Alinin hərarətlərinin yüksək olması ilə əla­qədar öz­lərini pis hiss etmələri haqqında məlumat daxil olub. Dövlət Sər­həd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən limanın rəhbərliyi ilə birgə bununla əlaqədar təxi­rəsalınmaz tədbirlər görülüb və onların Musa Nağıyev adına təcili tib­bi yardım xəstəxanasına təxliyə edilmələri təşkil olunub.

Həmin gün saat 18:25 radələrində Dövlət Dəniz Agentliyinin Milli Mər­kə­zin­dən Dövlət Sərhəd Xidmətinin Sahil Mü­ha­fi­zə­sinin Baş Komanda-Nəzarət Mərkəzinə Rusiya Federasiyasının bayrağı altında üzən, Türkan rey­din­də hərəkətdə olan “Omskiy-136” quru-yük gəmisinin heyət üzvü 1980-ci il təvəllüdlü matros Zubankov Efim Vladimiroviçin səhhətinin yüksək təzyiqlə bağlı kəskin pisləşməsi ilə əlaqədar köməklik göstəril­məsi barədə məlumat daxil olub. Xəstənin tibbi təxliyəsi üçün təxirə­salınmaz tədbirlər görülüb, növbətçi sərhəd gözətçi gəminin qayığı tərəfindən Hövsan limanına çıxarılaraq tibb müəssisəsinə yerləşdirilməsi təşkil olunub.