Xəzərdə tullantılar yandı: Zəhərlənən var

Bakı şəhərinin Xəzər rayonunda hasara alınmış ərazidə 800 m² sahədə məişət tullantıları yanıb, 1 nəfər tüstüdən zəhərlənib.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Ərazidəki ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.