Xəzərdə zəlzələ baş verdi

Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə Yenicag.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı yəkanlar yerli vaxtla saat 20:32-də qeydə alınıb. Yeraltı təkanlar 3,4 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 57 kilometr dərinlikdə yerləşib.