Xəzər dənizində zəlzələ olub.
Bu barədə Yenicag.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
İlkin məlumatlara əsasən, iyulun 27-də saat 22:35-də Xəzər dənizində zəlzələ qeydə alınıb.
Maqnitudası 4.1 olan yeraltı təkanlar 50 kilometr dərinlikdə yerləşib.