Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub.

Yenicag.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 19:48-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

Maqnitudası 3,5 olan yeraltı təkan 25 km dərinlikdə olub.