Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 03:52-də qeydə alınan yeraltı təkanın ocağı 62 kilometr dərinlikdə olub.

Zəlzələnin maqnitudası 3-ə bərabər olub.