Xəzərdə zəlzələ oldu

Oktyabrın 24-də Xəzər dənizində zəlzələ baş verib.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 07:38-də qeydə alınan zəlzələnin ocağı 61 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin maqnitudası 4,2-yə bərabər olub.