Xəzərdə zəlzələ olub

Dekabrın 8-də Xəzər dənizində 3,4 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Yenicag.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 16:37:59-də qeydə alınıb.

Ocağı 60 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

COP29