!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəzərdəki faciədə dənizə düşən yaşayış köşkü tapıldı – RƏSMİ

!Reklam – Yazi

xezerN.Nərimanov adına NQÇİ-dəki hadisə zamanı küləyin uçurduğu yaşayış köşkü suyun dibindən tapılıb.

Bu barədə Yenicag.az-a SOCAR-ın mətbuat xidmətindən bildirilib.

15.12.2016-cı il tarixində güclü külək nəticəsində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş hadisədə itkin düşmüş neftçilərin axtarış işləri davam etdirilir: “Bu gün axtarış işlərinə əlavə dalğıc gəmiləri cəlb olunmuş, vertalyot və gəmilərin sayı artırılmışdır. Hadisə baş verən ərazidə suyun dibində küləyin uçurduğu yaşayış budkası aşkar edilmiş, dalğıclar onun içərisinə daxil olaraq müşahidə aparmışlar. Hadisə zamanı itkin düşən neftçilərdən heç biri yaşayış budkasında olmayıb. Hazırda budkanın sudan çıxarılaraq gəmiyə qaldırılması prosesi davam edir”.

Yenicag.az

www.yenicag.az

551
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv