Qazaxıstanda bu ilin əvvəlindən qızılcaya yoluxanların sayı 1000 nəfəri keçib.
Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi bildirib.
Qeyd olunur ki, bu il 1114 qızılcaya yoluxma halı aşkar edilib. Onlardan 799 nəfəri və ya 72 faizə yaxını 14 yaşından aşağı uşaqlardır.
Hazırda xəstəliyin geniş yayıldığı ərazilərdə epidemiyanın qarşısının alınması üçün tədbirlər aparılır./Trend/