Xəzərin statusu ilə bağlı işçi qrupun növbəti iclası keçiriləcək

“Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupun növbəti iclası yanvarın sonunda Bakıda keçiriləcək”.

Yenicag.az-ın xəbərinə görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. O bildirib ki, bu iclas nazirlərin görüşünə hazırlıq xarakteri daşıyacaq: “Eyni zamanda, konvensiya layihəsinin razılaşdırılmamış məsələləri üzrə iş aparılacaq. Təbii ki, sammitin 2017-ci ildə keçirilməsi üçün hazırıq işlərinə dair məsələlər də müzakirə olunacaq”.

Yenicag.az