!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəzərin statusuna dair son razılaşmalar açıqlandı

!Reklam – Yazi

Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupun Bakı görüşündə konvensiya layihəsinin suverenlik, yurisdiksiya, təhlükəsizlik, ərazi sularının və balıqçılıq zonasının müəyyənləşdirilməsi, dəniz səthinin və dibinin bölünməsi, ərazi sularından hərbi gəmilərin keçməsi, kabel və boru xətlərinin çəkilməsi barədə müddəaları müzakirə olunub və razılaşdırılıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə işçi qrupun yanvarın 26-27-də Bakıda xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən iclasının yekununda qəbul olunan kommünikedə deyilir.

İclasda qrupun növbəti görüşünün Türkmənistanda keçirilməsi razılaşdırılıb. Onun vaxtı diplomatik kanallarla razılaşdırılacaq.

Nümayəndə heyətləri iclasın təşkilindən razılıqlarını bildiriblər və nəticələrini yüksək qiymətləndiriblər.(APA)

Yenicag.az

www.yenicag.az

618
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv