!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəzəryanı ölkələrin hökumətləri arasında ticari və iqtisadi əməkdaşlıq haqqında Saziş imzalandı

!Reklam – Yazi

Avazada Xəzər İqtisadi Forumunun tədbirləri çərçivəsində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan iqtisadiyyatları üzrə səlahiyyətli qurumların rəhbərlərinin iclası keçirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkmənistan hökumətinə istinadən məlumat yayılıb.

Məlumata görə, Xəzəryanı ölkələrin hökumətləri arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanıb.

Qeyd edək ki, Avaza Milli Turizm Bölgəsində (Türkmənbaşı şəhəri, Türkmənistan) keçirilən Birinci Xəzər İqtisadi Forumu 11-12 avqust tarixlərində keçirilir.

Forumun gündəliyinə iri layihələr üçün şərait yaradılması, Xəzəryanı regionun iqtisadiyyatının qlobal kontekstdə rolu, neft və qaz, elektrik enerjisi, nəqliyyat, ticarət, kənd təsərrüfatı, turizm və Xəzəryanı ölkələrin iqtisadiyyatlarının digər sahələrində investisiya cəlbediciliyi barədə müzakirələr daxildir.

Tədbirdə ortaq investisiya layihələri və proqramlarının perspektivləri müzakirə ediləcək.

www.yenicag.az

563
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv