Beş Xəzəryanı dövlətin sammiti avqustun 12-də Aktauda keçiriləcək.
Yenicag.az rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan xarici işlər naziri Kayrat Abdraxmanov məlumat verib.
“Onun sözlərinə görə, bütün dövlətlər diplomatik kanallar vasitəsilə artıq V Xəzər sammitindəki iştirakını təsdiqləyib. Hazırda Qazaxıstan, Azərbaycan, İran, Rusiya və Türkmənistan xarici işlər nazirlikləri sammitə hazırlıqla bağlı fəal iş görürlər “, -deyə o əlavə edib.
Qeyd edək ki, bu sammitdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanacağı gözlənilir.