Türkiyənin Bilecik şəhərində xəzinə axtaran şəxslərin cəsədi tapılıb.
Yenicag.az “Oda TV”yə istinadən xəbər verir ki, xəzinə axtarmaq üçün qanunsuz olaraq qazma işləri aparan 3 nəfərdən ikisinin cəsədi qazdıqları quyuda tapılıb.
İlkin məlumata görə, həmin şəxslər toksik maddələrə məruz qalaraq zəhərləniblər.
Ölən şəxslərin meyitləri tibbi ekspertiza üçün xəstəxanaya aparılıb.
Araşdırma davam etdirilir.