“Xəzri” növbəti qələbəsini qazandı

“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) VIII turunun açılış oyunu baş tutub.

Yenicag.az xəbər verir ki, günün yeganə qarşılaşmasında “Xəzri” və “Sərhədçi” komandaları üz-üzə gəliblər. Daha üstün oyun nümayiş etdirən “Xəzri” yekunda 117-100 hesablı qələbə qazanıb.

Qalib komandadan ən məhsuldar basketbolçu 28 xal, 4 ribaundla Mark Vital, nominal qonaqlardan isə 24 xal, 14 ribaundla Cəbrayıl Əkbərov olub.

Qeyd edək ki, turun növbəti oyunları dekabrın 15, 16 və 17-də keçiriləcək.