“Xiaomi” koronavirusa görə Çində mağazalarını bağladı

Çində koronavirusa yoluxanların sayının 4500 nəfəri ötməsi ilə əlaqədar “Xiaomi” şirkəti epidemiya ilə mübarizədə hökumətlə əməkdaşlığa hazır olduğunu bəyan edib.

Bu məqsədlə şirkət xüsusi alış-veriş rejiminə keçərək, Çində pərakəndə satış nöqtələrində elektronika mağazalarını yanvarın 28-dən etibarən bağlayıb.

Mağazaların fevralın 3-də fəaliyyətini bərpa edəcəyi gözlənilir.

COP29