!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Xiaomi” şirkəti “Ginnesin rekordlar kitabı”na düşdü

!Reklam – Yazi

Çinin “Xiaomi” şirkəti məhsullarını onlayn tədarük kanalları ilə aktiv satması və pərakəndə satış mağazaları açması sayəsində böyük uğur qazanıb.

Yenicag.az “ICTnews”a istinadən xəbər verir ki, avqustun ¾31-də şirkətin təkcə Hindistan ərazisində 3 mindən çox mağaza açaraq yenidən “Ginnesin rekordlar kitabı”na daxil olması elan edilib.

Qeyd edək ki, iki il əvvəl Hindistanda 500 “Mi Store” mağazası fəaliyyət göstərib. Ötən ilin avqustunda isə şirkət 2000 nömrəli mağaza açıb. Belə çıxır ki, “Xiaomi” il ərzində 10 min – gündə orta hesabla üç mağaza istifadəyə verib.

Hindistan bazarına 2014-cü ildə daxil olan şirkət hazırda ölkədə aparıcı smartfon brendidir, eləcə də “ağıllı” televizorlar bazarında birinci yeri tutur.

Bu hadisəni şərh edən “Mi India” mağazasının baş əməliyyat direktoru Muralikrişnan B dəstəyə görə pərəstişkar və tərəfdaşlara minnətdarlığını bildirərək şirkətin gələcəkdə də ölkədə mövqeyini möhkəmləndirməyi planlaşdırdığını qeyd edib.

www.yenicag.az

769
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv