Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Xiaomi şirkəti MIUI 12 istifadəçi interfeysini anons etdi

Keçən il Xiaomi şirkəti yenilənmiş istifadəçi interfeysi olan MIUI 11-i təqdim etmişdi.

Yenicag.az xəbər verir ki, şirkət artıq MIUI 12-ni rəsmi şəkildə anons edib.

Hələ keçən ilin oktyabr ayında Xiaomi-nin top menecerlərindən biri qeyd etmişdi ki, şirkət yeni MIUI versiyası üzərində çalışır. İndi isə istifadəçilər şirkət tərəfindən rəsmi anonsu əldə etdilər.

Lakin təəssüflər olsun ki, şirkət MIUI 12 barəsində hələ heç bir məlumat vermədi. Görünür, şirkət, üzərində MIUI 12 yazısı olan qara arxa fonun kifayət edəcəyini düşündü. Gözləntilərə əsasən MIUI 12 bir sıra yeni funksiyaları və dizayn özəlliklərini işə salmaqla Xiaomi-nin istifadəçi interfeysinin 10 illiyini qeyd edəcək. Bir sıra məlumatara əsasən MIUI 12-də Xiaomi ümumi qlobal sistemi əhatə edəcək Dark Theme rejimini təqdim edəcək.

Qeyd etmək lazımdır ki, şirkət sözügedən rejimi hələ MIUI 11-də təqdim etmişdi. Lakin buna baxmayaraq kənar tərtibatçılardan olan bir çox tətbiqlər bu rejimi dəstəkləmirlər. MIUI 11 öz növbəsində istifadəçilərə bir sıra yeniliklər gətirmişdi. Belə ki, istifadəçilər yeni şrift, yenilənmiş tətbiq ikonları və bildirişlər sistemi ilə bağlı yeni animasiyaları əldə etmişdilər.

MIUI 12-nin istifadəçi interfeysinin 10 illiyini qeyd edəcəyini nəzərə alaraq söyləmək olar ki, həmin versiya istifadəçilərə daha çox yeniliklər gətirəcək./Technote.az/

www.yenicag.az

525
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100