Xiaomi şirkəti Black Shark gamer smartfonunun yeni versiyası üzərində çalışır.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, yeni model Çinin sertifikatlaşdırma mərkəzi olan TENAA-da ortaya çıxıb.
Xiaomi Black Shark-2 xarici görünüşünə görə birinci modelə bənzəyir. Yeni modelin arxa panelində bəzi dəyişikliklər edilib. Yeni modeldə barmaq izi skanı texnologiyası arxa paneldə yerləşir. İkili arxa kamera isə yerini dəyişərək mərkəz hissədə yer alıb. Smartfonun sol kənarında oyun rejiminə keçid düyməsi yerləşir.
Smartfon 5.99 inç ekran və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı bildirilib.
Xiaomi Black Shark-2 modelinin Snapdragon 845 prosessoru və 8 GB RAM ilə təchiz olunacağı güman edilir.