Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Xiaomi", "Tesla", "Apple", "Samsung"dan QƏRAR - Çindəki fəaliyyətlərini dayandırdılar

Çində yayılmağa başlamış koronavirus səbəbilə “Xiaomi” şirkəti Çindəki bütün mağazalarının fəaliyyətini dayandırıb.

Yenicag.az xəbər verir ki, indi isə “Xiaomi” ilə yanaşı digər şirkətlər də Çindəki fəaliyyətlərini dayandırıblar.

Çin hökuməti bir sıra böyük şəhərlərini izolyasiya edəndən sonra regionda yerləşən bir çox – Samsung, Foxconn və Pegatron zavodlarının fəaliyyətlərini dayandırıb.

Qeyd edək ki, Foxconn və Pegatron zavodlarında Apple şirkətinin iPhone modelləri istehsal olunurlar.

Bundan əlavə olaraq Çin hökumətinin qərarına əsasən Tesla şirkəti Şanxaydakı Gigafactory zavodunu da bağlayıb. İlkin qərara əsasən zavoddakı istehsal prosesi 9 fevrala kimi dayandırılıb.

Google şirkətinin axtarış servisi Çində aktiv olmasa da onun həmin ölkədə 4 ofisi var. Beləliklə şirkət Çində, Honkonqda və Tayvanda olan ofislərini bağlayıb.

Şirkət orda qalmış əməkdaşlarına ölkədən çıxaraq bir müddət evdə çalışmalarını məsləhət görüb. Apple şirkəti də Çindəki bütün mağazalarını bağlayıb. Amazon və Microsoft şirkətləri öz əməkdaşlarının Çinə iş səfərlərini məhdudlaşdırıblar. Çində olan Ford və Toyota zavodlarında da istehsalat prosesi dayandırılıb.

Hətta Starbucks da Çində olan 200-dən çox kafesinin fəaliyyətini dayandırıb. Son məlumatlara əsasən Çində koronavirusdan ölənlərin sayı 171 nəfər insan təşkil edib.

Loading...

www.yenicag.az

604
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100