“Ağıllı” “Xiaomi” yastığı təqdim olunub.
Yenicag.az “ICTnews”a istinadən xəbər verir ki, Çinin “Xiaomi” şirkəti stereodinamik, “Bluetooth” və “ağıllı” masaj funksiyası ilə təchiz edilən “ağıllı” yastıq təqdim edib.
93 faizi təbii lateksdən ibarət “ağıllı” yastıq iki variantda olmaqla kişi və qadınlar üçün nəzərdə tutulub. 60 х 34 х 7/11 santimetr ölçüyə malik kişi versiyasının çəkisi 1,2 kq təşkil edir. Qadın versiyası daha kompakt olmaqla 60 x 34 x 5/8 santimetr ölçüyə və 1 kiloqramlıq çəkiyə malikdir. Yastığın mərkəzində qan axınının artırılması və stresin aradan qaldırılması məqsədilə hazırlanmış boyun üçün elektrik qızdırıcılı yastıq və üç impuls saçan kəpənək şəkilli əyri arakəsmə yerləşir.
Elektrik qızdırıcısı 6 temperatur rejiminə malikdir: 38-53 dərəcə. Masaj insan orqanizmi üçün zərərsiz aşağı tezlikli impulslar vasitəsilə həyata keçirilir. Adi masaj rejimləri ilə yanaşı, boyun səthinin 15 səviyyəli intensivliklə iynə ilə batırılması və ovuşdurulması mövcuddur.
Yastıq sümük keçiricilik qabiliyyətinə malik iki dinamik ilə təchiz edilib. İdarəetmə smartfonun “Bluetooth” modulu vasitəsilə həyata keçirilir. Bundan başqa, yuxunun intellektual monitorinq dəstəyi və digər funksiyalar nəzərdə tutulub.
Dekabrın 14-dən satışa çıxarılacaq “ağıllı” yastığın ilkin qiyməti 42 dollar təşkil edir.