“Xiaomi” yeni “Redmi 7” smartfonunu satışa çıxarır.
Yenicag.az xəbər verir ki, qurğu 12+2 meqapiksellik ikili kamera, HD+ keyfiyyətli 6,26 düym diaqonallı və “Gorilla Glass 5” şüşə örtüklü ekranla təchiz olunub.
Smartfon müvafiq olaraq 2+16, 3+32 və 6+64 geqabaytlıq daimi və operativ yaddaşlı üç həcm variantı ilə satışa çıxarılacaq.
Çində “Redmi 7” smartfonlarının satışı martın 26-da başlayacaq və müxtəlif konfiqurasiyalarının qiyməti 104-149 dollar arasında dəyişəcək./AZƏRTAC/