Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Xidmət sferası üçün “ÖLDÜRÜCÜ ŞƏRT”: Otellər bu xərcləri necə qarşılayacaq? – Ekspertin ŞƏRHİ

“Hazırda miqrasiya prosesləri zəifləsə də, qarşıdakı aylarda bu sahədə intensivliyin artacağı gözlənilir”.

Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları” ilə bağlı avqustun 8-də qəbul etdiyi qərara əsasən, mehmanxanaların işçi heyətinin həftədə bir dəfə COVİD-19 testindən keçirilməsi tələb olunur.

Lakin bu qərar otel sahibləri tərəfindən heç də birmənalı qarşılanmayıb. Bu sferada ixtisaslaşan iş adamları sözügedən qərarın əlavə xərclər yaratdığını əsas gətirərək, otellərin fəaliyyətini dayandırmaq və ya işçiləri ixtisar etmək məcburiyyətində qaldıqlarını bildiriblər.

Nazirlər Kabinetinin məlum qərarının xidmət sferasında yaratdığı vəziyyəti Yenicag.az-a şərh edən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov bu addımın anlayışla qarşılanmasının vacibliyini deyib.

Ekspertin sözlərinə görə, mehmanxana şəbəkəsinin normal fəaliyyətə qayıtması üçün bəzi şərtlərə əməl edilməlidir:

“Operativ Qərargahın tətbiq etdiyi məhdudlaşdırıcı qaydaların əsas mahiyyəti həm yerli, həm də xarici vətəndaşların sağlamlığını qorumaqdır. Düzdür, müəyyən səbəblərlə əlaqədar miqrasiya prosesləri zəifləsə də, qarşıdakı aylarda bu sahədə intensivliyin artacağı gözlənilir.

Bu halda tətbiq olunan qaydalar istər yerli, istərsə də xarici vətəndaşların müəyyən təhlükələrlə üzləşməsinin qarşısını alacaq. Ona görə də həftədə bir dəfə COVİD-19 testi verilməsinin məcburi hala gətirilməsi başadüşüləndir.

Turizm sektorunun vacib seqmentlərindən biri hesab olunan mehmanxana şəbəkəsinin normal fəaliyyətə qayıtması üçün bəzi şərtlərə əməl etmək lazımdır. Çünki xidmət göstərən və xidmətdən istifadə edən şəxslərin mümkün təhlükələrdən sığortalanması vacibdir.

Virusa yoluxmuş mehmanxana işçisi COVİD-19 testi əsasında müəyyən olunacaq, eyni zamanda, digər işçilərin və qonaqların virusa yoluxmasının qarşısı alınacaq”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

1328
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100