!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xidmətdən yayınan avtoxuliqan ƏSGƏR: "Görünür, ona kimsə "daydaylıq" edir" - Hərbi polisin keçmiş rəisindən SƏRT REAKSİYA

!Reklam – Yazi

“Avtoxuliqanlıq edən əsgər və ona şərait yaradan şəxslər cəzalandırılmalıdır. Belə əsgərləri Laçına, Kəlbəcərə xidmətə göndərmək, ona şərait yaradanları da ordu sıralarından xaric etmək lazımdır”.

Bunu müddətli həqiqi hərbi xidmətdə olan əsgərin avtoxuliqanlıq etməsi, ordudakı  nizam-intizam problemləri, hərbi polisin görməli olduğu işləri dəyərləndirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, bu cür hallar qoşun xidmətinin bəzi bölmələrində nizam-intizamın aşağı olmasından xəbər verir:

“Qoşun xidmətində intizam qaydalarının pozulması halları komandirlər tərəfindən nəzarətsizlik, əsgərlərin qeyri-qanuni hərbi hissədən buraxılması və tapşırıq amilləri ilə ola bilir. Yəqin ki, həmin əsgər kiminsə tapşırığı ilə bu cür intizamsızlıq edib. Tapşırıq elə bir həddə olub ki, o özünü əsgər kimi hiss etməyib və istədiyi vaxt hərbi hissədən kənara çıxıb, avtoxuliqanlıq edib. Əsgərə xidmətdə olduğu müddətdə harada olmasından aslı olmayaraq, şəxsi maşın sürmək qəti qadağandır. O əsgər isə şəhərin mərkəzində avtoxuliqanlıq belə edib. Hansı bölmədə xidmət edibsə, bu o deməkdir ki, həmin bölmədə nizam-intizam çox aşağıdır və digər əsgərləri də xidmətdən yayınmaq üçün “motivasiya” etmiş olur. Digər əsgərlər baxır ki, onların əsgər yoldaşları puluna və ya adamına görə belə davranır, onlar da bu yolu tutmaq istəyirlər.

Hər əsgər bu cür davrana bilməz. Görünür, bu əsgərə kimsə “daydaylıq” edir. Onu kimsə müdafiə edir. Hesab edirəm ki, hərbi polis tərəfindən bu tip halların qarşısının alınması üçün yoxlamalar keçirilməlidir. Əsgərlərin hərbi hissələrdə olub-olmamasını müəyyən etmək üçün addımlar atılmalıdır. Qoşun xidməti hərbi polsin tabeçiliyindədir. Görünür, o sahədə diqqət yayınıb və nəzarətsizlik var”.

Hərbi ekspertin sözlərinə görə, əvvələr pulu və dayısı olanlar idmançı olmasalar da, daha çox Mərkəzi Ordu İdman Klubunda “xidmət” edirdilər:

“MOİK-nın keçmiş rəisi, Nəcməddin Sadıkovun sağ əli Elxan Məcidov MOİK-dan qovuldu. Onun dövründə idmançı adı ilə pulu və adamı olanlar orada xidmət keçirdilər. Hətta 44 günlük müharibə başlayanda xeyli sayda əsgəri MOİK-ya ezam etmişdilər. Bu cür hallar olub. İndi də idmançı adı ilə bəzi əsgərlər MOİK-ya ezam olunurlar. Ancaq son vaxtlar nəzarət əvvəlkindən daha yüksəkdir. Ancaq belə halların olması haqqında məlumatlar var”.

Səxavət Məmməd

www.yenicag.az

1902
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv