Xilasedicilərimizin sonuncu qrupu Vətənə yola salındı

Türkiyənin Qəhrəmanmaraş şəhərində baş vermiş zəlzələ ilə əlaqələr qardaş ölkəyə gedən Azərbaycanın 760 axtarış-xilasetmə heyətindən 224 nəfəri Bakıya yola salınıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, bu, Qəhrəmanmaraşdakı azərbaycanlı xilasedicilərin sonuncu qrupudur.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov “Anadolu”ya açıqlamasında deyib ki, azərbaycanlı xilasedicilər zəlzələdən dərhal sonra Türkiyəyə gəliblər: “Ötən müddət ərzində 53 nəfər dağıntılar altından sağ çıxarılıb. Azərbaycan dövləti, Azərbaycan xalqı hər zaman Türkiyənin yanındadır. Bu şəhərlərin yenidən qurulmasında da Azərbaycan dövləti Türkiyənin yanında olacaq”. /Report/