XİN Argentinanı təbrik etdi 

Azərbaycanla Argentina arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümüdür.

Yenicag.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi “X” hesabında paylaşım edib.

Nazirlik bu münasibətlə Argentina xalqını və hökumətini təbrik edib.

“Biz ikitərəfli əlaqələrimizin daha da möhkəmlənəcəyinə ümid edirik”, – deyə paylaşımda qeyd olunub.