“Azərbaycanın xarici siyasəti mehriban qonşuluq, əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə əsaslanır”.
Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə tviter səhifəsində yazıb.
“Azərbaycan Albaniyada, İsraildə, Keniyada səfirliklər, habelə BMT-nin Nayrobi ofisində Daimi Nümayəndəlik və Fələstində Təmsilçilik Ofisi açmaqla diplomatik nümayəndəliklərinin sayını artırır”, – paylaşımda deyilir
Xatırladaq ki, dünən Milli Məclis Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirlik açmasına razılıq verib.