XİN: “Azərbaycan Türkiyəyə 100-dən çox xilasetmə mütəxəssisi göndərib”

“Azərbaycan qardaş Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrinə axtarış-xilasetmə qruplarını göndərib”.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, 100-dən çox xilasedici mütəxəssisdən ibarət ilk qrup öz avadanlıqları ilə birlikdə Türkiyə xilasetmə işlərinə kömək etmək üçün zəlzələ bölgəsindədir.

“Biz səninləyik, Türkiyə!”, – XİN-dən qeyd olunub.