Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

XİN: Azərbaycan və Çin tarixən İpək Yolunun üzərində mühüm rol oynayıb

Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Çinin CCTV telekanalına geniş müsahibə verib.

Yenicag.Az xəbər verir ki, CCTV dünyanın 100-dən çox ölkəsində yayımlanır və geniş tamaşaçı auditoriyasına malikdir.

Veriliş əsnasında Hikmət Hacıyev “Bir kəmər- Bir Yol” konsepsiyası, Azərbaycan və Çin arasında iqtisadi-ticarət və mədəni əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsi barədə aparıcının suallarını cavablandırıb.

XİN-nin sözçüsü Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə uğurlu səfərini və keçirdiyini əhəmiyyətli görüşlərini qeyd edərək iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun mövcud olduğunu və ölkələrimizin bir-birilərinin ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib.

Azərbaycan və Çinin tarixən İpək Yolunun üzərində mühüm rol oynadıqlarını qeyd edən XİN rəsmisi tarixi ənənələrdən çıxış edərək Çinin irəli sürdüyü “Bir kəmər-Bir yol” konsepsiyası əsnasında ölkələrimiz üçün geniş əməkdaşlıq potensialının olduğunu diqqətə çatdırıb. Bu xüsusda, Şərq-Qərb nəqliyyat dəhlizinin vacib komponenti kimi tezliklə fəaliyyətə başlayacaq Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin kəsb etdiyi mühüm əhəmiyyət qeyd olunub.

Müsahibə zamanı H.Hacıyev Azərbaycanda xarici sərmayəçilər üçün yaradılan münbit şərait, qeyri-neft sektorunun və turizmin inkişafı istiqamətində aparılan işlər barəsində danışıb. İki ölkə arasında mədəni-humanitar əlaqələrin inkişaf perspektivlərinə toxunulub. Azərbaycan mədəniyyətinin və həqiqətlərinin Çin cəmiyyətində geniş yayılması üçün bu kimi media proqramlarının vacibliyi vurğulanıb.

CCTV tərəfindən Azərbaycanın inkişafı, iqtisadiyyatı, turizm potensialı və Çin ilə əlaqələri haqqında silsilə verilişlərin hazırlanması nəzərdə tutulub.

Yenicag.Az

www.yenicag.az

459
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM