Xarici İşlər naziri Elmar Məmmədyarov Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri xanım Salima Abdelhakı qəbul edib.
Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, E.Məmmədyarov Əlcəzairin ölkəmizdəki səfiri S.Abdelhakı təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.
Görüş zamanı tərəflər Azərbaycan və Əlcəzair arasında iqtisadi, turizm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.
S.Abdelhak etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib və diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
E.Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib.