XİN-də Qırğızıstanla diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilir

Azərbaycan Xarici İşlər Nazirliyində Azərbaycan və Qırğız respublikaları arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilir.

Bu barədə Yenicag.az XİN-in tviter səhifəsinə istinadən xəbər verir.

Tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Qırğız Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmonaliyev və başqaları iştirak edirlər.