XİN-də Xələf Xələfovla görüş keçirildi

Bu gün Xarici İşlər Nazirliyində nazir və rəhbər heyətin iştirakı ilə Azərbaycan Respublikasının Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov ilə görüş keçirilib.

Bu barədə Yenicag.az-a XİN-dən bildirilib.

Uzunmüddətli diplomatik fəaliyyətinə görə görkəmli diplomatımıza təşəkkür edilib və ona yeni nailiyyətlər arzulanıb.