“Şəhidlərimizin əziz xatirəsini qürurla yad edirik!” – XİN

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi “Twitter” hesabında 27 sentyabr Anım Günü ilə bağlı paylaşım edib.

Yenicag.az xəbər verir ki, paylaşımda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.

“27 sentyabr – Anım Günündə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlaından keçən bütün Şəhidlərimizin əziz xatirəsini dərin hörmət, ehtiram və qürurla yad edirik”, – paylaşımda qeyd edilib.