Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

XİN-dən Azərbaycan və Türkiyə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə səfərinə dair AÇIQLAMA

Reklam: Sinerji Pro

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanla Türkiyə arasında şəxsiyyət vəsiqəsi ilə səyahət barədə açıqlama yayıb.

Yenicag.az xəbər verir ki, açıqlamada bildirilir:

“Cənab Prezidentimiz Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəvəti ilə 9-10-dekabrda dost və qardaş Azərbaycana rəsmi səfər həyata keçirib. İki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səyahətlərinə imkan yaradacaq protokolun imzalanmasından böyük məmnuniyyət duyuruq.

Azərbaycan Türkiyə vətəndaşları üçün vizanı ləğv etdikdən dərhal sonra, qarşılıqlı olaraq iki ölkə vətəndaşlarının vizasız qalma müddəti 25 fevral 2020-ci il tarixində 30 gündən 90 günə uzadılıb.

Hörmətli nazirimizin azərbaycanlı həmkarları ilə 10 dekabrda imzaladığı bu protokol ilə iki ölkə vətəndaşları yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə Türkiyə və Azərbaycana gedə biləcəklər”.

www.yenicag.az

263