Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Laçın rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 1 il ötməsi ilə bağlı paylaşım edib.
Yenicag.az xəbər verir ki, XİN bu barədə Tvitter hesabında yazıb.
“1 dekabr, 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Laçın rayonunda üçrəngli bayrağımızı ucaltdı”, – paylaşımda bildirilib.