Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə baş verən hadisələrlə bağlı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib.
Xəbərdarlıqda Azərbaycan vətəndaşlarına Türkiyə hökumətinin müəyyən etdiyi təhlükəsizlik qaydalarına riayət etmək və insanların sıx toplaşdığı yerlərdən uzaq durmaq tövsiyə olunub.
Qeyd edək ki, bu gecədə Türkiyədə hərbçilər tərəfindən dövlət çevrilişinə cəhd olunub.
Hadisə nəticəsində 90 nəfər ölüb, 1154 nəfər yaralanıb. Türkiyədə qiyamda iştirak edən 1563 hərbçi həbs edilib. Bundan əlavə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının binasını boşaldan 200-dək qiyamçı polisə təslim olub. Həbs edilənlər arasında 5 general və 29 polkovnikin olduğu qeyd edilib.
Məlum hadisədən sonra bütün dünyanın diqqəti Türkiyəyə yönəlib.